Pompeo: ABŞ yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər

  • 23:18 - 06 Sentyabr

“Donald Tramp Administrasiyası yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər”.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, sözügedən plan yaxın həftələrdə ortaya qoyula bilər.

Qeyd edək ki, bir gün əvvəl Tramp beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblattın istefasını elan edib. Lakin C.Greenblattın Yaxın Şərq üzrə hazırladığı Sülh planının elan olunacağı barədə heç bir fikir söyləməyib.

Xatırladaq ki, Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqdan, həmçinin Amerika səfirliyini bu şəhərə köçürəndən sonra fələstinlilər artıq Ağ Evlə rəsmi təmasları praktik olaraq dondurub. Bu arada ABŞ rəhbərliyi parallel olaraq Vaşinqtonda yerləşən Fələstin Azadlıq Təşkilatını da bağlamışdı.

 

apa


Oxunma sayı: 10572

Oxşar yazılar