Azərbaycan millisi Rumıniyanı məğlub edib

  • 19:45 - 06 Sentyabr

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.

Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.


Oxunma sayı: 11958

Oxşar yazılar