Prezident İlham Əliyev Braziliyanın dövlət başçısını təbrik edib

  • 06 Sen - 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.  

Avropa.info-nun məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Prezident, 

Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".


Oxunma sayı: 364

Oxşar yazılar