Rusiyada MSK sədrinə “elektroşok”la hücum

  • 06 Sen - 2019

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın evinə hücum olub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident MSK sədrinin Moskva vilayətinin İstra şəhərindəki evində baş verib.

“Şübhəli şəxs pəncərədən evə daxil olaraq əlindəki “elektroşok”la ev sahibəsinə zərbə endirib və daha sonra yoxa çıxıb”, - məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

virtualaz.org


Oxunma sayı: 452

Oxşar yazılar