Avtomobillərə texniki baxış polisdən alınıb, özəl şirkətlərə verilir? - Rəsmi cavab

  • 06 Sen - 2019

Bu gün bir sıra KİV-lərdə avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı səlahiyyətin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) alınması barədə məlumatlar yayılıb. Məlumatlarda qeyd olunur ki, bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda gündəmdə belə bir məsələ mövcud deyil:

"Avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin BDYPİ-dən alınması məsələsi ilə bağlı yayılan məlumatlar, sadəcə, bəzi saytların iddiasıdır.

İdarə tövsiyə edir ki, bir məsələ barədə daha dəqiq məlumat almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi mövqeyi öyrənilməlidir".


Oxunma sayı: 881

Oxşar yazılar