APA TV yenidən efirə çıxdı

  • 06 Sen - 2019

“APA Group”un tərkibinə daxil olan APA TV fəaliyyətini davam etdirir.

İlk dəfə 2013-cü ildə fəaliyyətə başlayan APA TV bu gün saat 11:00-dan etibarən test yayımında efirə çıxıb. 

Azərbaycanın internet məkanında fəaliyyət göstərəcək APA TV-də hər gün saat 10:00-dan 00.00-a qədər siyasi, sosial və mədəni verilişlər yayımlanacaq. 

Müxtəlif mövzulu 10-dan çox verilişlə efirdə olacaq APA TV xəbər kanalı formatında fəaliyyət göstərəcək.

APA TV-nin baş redaktoru Cavid İsmayıldır. 


Oxunma sayı: 760

Oxşar yazılar