Azərbaycanda qızıl-gümüş bahalaşdı

  • 11:24 - 06 Sentyabr

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, sentyabrın 5-də qızılın qiyməti sentyabrın 4-ü ilə müqayisədə 4,2755 manat artaraq 1 unsiya üçün 2626,279 manat təşkil edib.

Gümüş 0,0001 manat bahalaşaraq 1 unsiya üçün 33,0064 manata bərabər olub.

Platinin qiyməti də 43,35 manat artıb və 1680,688 manata çatıb. Palladiumun qiyməti isə 21,5135 manat artaraq 2649,6455 manat təşkil edib.


Oxunma sayı: 6084

Oxşar yazılar