Bu rayon və qəsəbələrdə qaz verilişi dayandırıldı

  • 10:59 - 06 Sentyabr

Sentyabrın 6-da səhər saat 09:00-dan 18:00-dək aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb. 

Avropa.info xəbər verir ki, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr yaranacaq. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.


Oxunma sayı: 11969

Oxşar yazılar