Şəkidə 52 kq narkotik bitki yandırıldı - Foto

  • 06 Sen - 2019

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. 

Avropa.nfo DİN Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq  sahəsindəümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 452

Oxşar yazılar