Dekabr ayında Belarus və Rusiya inteqrasiya üzrə sənədlər imzalayacaq

  • 05 Sen - 2019

İnteqrasiya üzrə proqram sənədləri Rusiya və Belarus prezidentləri tərəfindən dekabrda imzalanacaq. 

Bu barədə ölkənin İqtisadiyyat naziri Dmitri Krutoy bəyan edib. O deyib ki, mübahisəli məsələlərin qalmasına baxmayaraq, sənədlər dekabrın 8-dək imzalanacaq. 

Cari ilin fevralında Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunu üzrə bəyan etmişdi ki, onun dövlətinin suverenliklə bağlı problemi yoxdur. Belarus Prezidenti vurğulayıb ki, onun ölkəsinin və Rusiya Federasiyasının birləşmə yolu ilə irəliləməsi bu ölkələrin xalqlarının buna nə dərəcədə hazır olmasından asılıdır.


Oxunma sayı: 474

Oxşar yazılar