Klaudio Markizio “Monako” ilə anlaşıb

  • 19:28 - 05 Sentyabr

İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını “Monako”da davam etdirə bilər.

33 yaşlı yarımmüdafiəçi “Knyazlıq klubu” ilə müqaviləsinin şərtlərini razılaşdırıb.

Tərəflər arasında 1+1 illik anlaşma əldə edilib. 2018/19 mövsümünü Rusiya təmsilçisi “Zenit”də keçirən K.Markizio “Monako”ya azad agent kimi qoşulacaq.

Qeyd edək ki, 2003-17-ci illərdə İtaliya millisində 55 oyun keçirən futbolçu 7 dəfə İtaliya, 1 dəfə Rusiya çempionu olub.

 

 

apa


Oxunma sayı: 9945

Oxşar yazılar