Türkiyədən Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxundu

  • 17:47 - 05 Sentyabr

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Hacıyev 5 il  7 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o istintaqdan yayınıb.

H.Hacıyev “İnterpol” xətti ilə Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

Cinayət işində 5 zərərçəkmiş var.

APA


Oxunma sayı: 6359

Oxşar yazılar