İkinci "Jurnalistlər binası"nın sakinlərinə yaxın günlərdə "kupça" veriləcək

  • 05 Sen - 2019

İkinci "Jurnalistlər binası"nın sakinlərinə çıxarış ("kupça") veriləcək.

Avropa.info xəbər verir ki, u barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.


Oxunma sayı: 551

Oxşar yazılar