FİFA ilin rəmzi komandası üçün 55 futbolçunun adını açıqladı

  • 05 Sen - 2019

FİFA və FİFPRO 2019-cu ilin rəmzi yığmasına namizədlərin siyahısını açıqlayıb.

Cədvəldə 55 futbolçunun adı yer alıb.

İlin komandası sentyabrın 23-də açıqlanacaq. İtaliyanın Milan şəhərində təşkil olunacaq tədbirdə rəmzi “11-liy”in tərkibi elan ediləcək.

Namizədlər siyahısında “Barselona”nın daha çox – 11 oyunçusu var. “Real”ın 9, “Mançester Siti”nin 8 üzvü 55 futbolçu arasındadır.

Qapıçılar:
Alisson Bekker (Braziliya) - "Liverpul"
David De Xea (İspaniya) - "Mançester Yunayted"
Ederson Moraeş (Braziliya) - "Mançester Siti"
Yan Oblak (Sloveniya) - "Atletiko"
Mark-Andre ter Ştegen (Almaniya) - "Barselona"

Müdafiəçilər:
Xordi Alba (İspaniya) - "Barselona"
Trent Aleksander-Arnold (İngiltərə) - "Liverpul"
Dani Alveş (Braziliya) - PSJ/"San Paulu"
Joao Kanselo (Portuqaliya) - "Yuventus"/"Mançester Siti"
Dani Karvahal (İspaniya) - "Real"
Corco Kyellini (İtaliya) - "Yuventus"
Mattiys de Liqt (Hollandiya) - "Ayaks"/"Yuventus"
Dieqo Qodin (Uruqvay) - "Atletiko"/İnter"
Coşua Kimmix (Almaniya) - "Bavariya"
Xalidu Kulibali (Seneqal) - "Napoli"
Aymerik Laport (Fransa) - "Mançester Siti"
Marselo (Braziliya) - "Real"
Jerar Pike (İspaniya) - "Barselona"
Serxio Ramos (İspaniya) - "Real"
Endi Robertson (Şotlandiya) - "Liverpul"
Aleks Sandro (Braziliya) - "Yuventus"
Tyaqo Silva (Braziliya) - PSJ
Vircil van Diyk (Hollandiya) - "Liverpul"
Rafael Varan (Fransa) - "Real"
Kayl Uolker (İngiltərə) - "Mançester Siti"

Yarımmüdafiəçilər:
Serxio Buskets (İspaniya) - "Barselona"
Kasemiro (Braziliya) - "Real"
Kevin de Bruyne (Belçika) - "Mançester Siti"
Frenki de Yonq (Hollandiya) - "Ayaks/"Barselona"
Kristian Eriksen (Danimarka) - "Tottenhem"
Eden Azar (Belçika) - "Çelsi"/"Real"
Nqolo Kante (Fransa) - "Çelsi"
Toni Kroos (Almaniya) - "Real"
Artur Melo (Braziliya) - "Barselona"
Luka Modriç (Xorvatiya) - "Real"
Pol Poqba (Fransa) - "Mançester Yunayted"
İvan Rakitiç (Xorvatiya) - "Barselona"
Bernardo Silva (Portuqaliya) - "Mançester Siti"
Duşan Tadiç (Serbiya) - "Ayaks"
Arturo Vidal (Çili) - "Barselona"

Hücumçular:
Serxio Aquero (Argentina) - "Mançester Siti"
Kərim Benzema (Fransa) - "Real"
Kriştianu Ronaldo (Portuqaliya) - "Yuventus"
Roberto Firmino (Braziliya) - "Liverpul"
Kilian Mbappe (Fransa) - PSJ
Lionel Messi (Argentina) - "Barselona"
Neymar (Braziliya) - PSJ
Antuan Qrizmann (Fransa) - "Atletiko"/"Barselona"
Son Hyun-Min (Cənubi Koreya) - "Tottenhem"
Harri Keyn (İngiltərə) - "Tottenhem"
Robert Levandovski (Polşa) - "Bavariya"
Sadio Mane (Seneqal) - "Liverpul"
Məhəmməd Salah (Misir) - "Liverpul"
Rahim Sterlinq (İngiltərə) - "Mançester Siti"
Luis Suares (Uruqvay) - "Barselona"

APA


Oxunma sayı: 595

Oxşar yazılar