Hüseyn Abdullayevin məhkəməsi yenə baş tutmadı

  • 15:12 - 05 Sentyabr

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə baş tutmayıb.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin gətirilmədiyi elan edilib.

Bu səbəbdən proses sentyabrın 19-a təxirə salınıb.

Qeyd edək ki, proses artıq dördüncü dəfədir ki, eyni səbəbdən təxirə salınır.

Report


Oxunma sayı: 6920

Oxşar yazılar