"Buta Airways" Səudiyyə Ərəbistanına yeni aviareyslər açır

  • 05 Sen - 2019

Azərbaycanın “Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.

“Buta Airways”dən verilən məlumata görə, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı – Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri –  Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

Məlumata əsasən, yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağı büdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

APA


Oxunma sayı: 551

Oxşar yazılar