Dünənki avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

  • 10:45 - 05 Sentyabr

Ötən gün günorta saatlarında paytaxtın Nobel prospektində, “Nargilə” kafesinin yanında minik avtomobilinin avtobusla toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bunlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı (sol baldırın üçdə bir hissəsinin amputasiyası) və 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızıdır (sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri).

Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.

Trend xatırladır ki, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.


Oxunma sayı: 7492

Oxşar yazılar