Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrılıb

  • 22:00 - 04 Sentyabr

Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb.


Layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir.
Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.


Oxunma sayı: 5347

Oxşar yazılar