Qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb

  • 19:10 - 04 Sentyabr

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 

bildiriblər ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Alıcanlı kənd sakini A.Şükürovda müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkarlanıb.


Oxunma sayı: 12112

Oxşar yazılar