Bakıda minik avtomobili avtobusa çırpıldı

  • 17:24 - 04 Sentyabr

Bakı Nəqliyyat Agentliyi (BNA) Nobel prospekti, Nargilə dairəsi yaxınlığında baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, BNA-dan verilən məlumata görə, qəza ilə bağlı Agentlik də araşdırmaya başlayıb:

"İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobilinin sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".


Oxunma sayı: 12904

Oxşar yazılar