Patruşev Usubovla danışıqlar apardı

  • 13:14 - 04 Sentyabr

Rusiya Təhlükəsizlik Şurasının katibi, Bakıda səfərdə olan Nikolay Patruşev Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla terrorçuluqla və ekstremizmlə mübarizə, habelə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu haqda Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirir.

“İki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən ekspert məsləhətləşmələr zamanı terrorçuluqla və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb”,-məlumatda deyilir.

Patruşev habelə Ramil Usubovu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsi münasibətilə təbrik edib, iki ölkə arasında təhlükəsizlik şuralarının aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti ilə sıx əlaqələrin bundan sonra da davam edəcəyinə əminlik bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın yüksək tempini də qeyd edib. Rusiya-Azərbaycan sərhədində infrastruktur layihələrinin həyata keçirilməsinin və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafının mühümlüyünü vurğulayıb.

Virtualaz.org


Oxunma sayı: 9615

Oxşar yazılar