Volkan Dəmir futbolçu karyerasını bitirdi

  • 11:30 - 03 Sentyabr

“Fənərbağça” futbol klubunun qapıçısı Volkan Dəmir oyunçu karyerasını başa vurub.

Avropa.info xəbər verir ki, bu barədə onun oynadığı klub açıqlama yayıb. Klub 17 ildir “Fənərbağça” formasını geyən qapıçı üçün yubiley matçının keçiriləcəyini bildirib. 

Volkan Dəmirin bundan sonrakı fəaliyyətinə klubun texniki heyətinin üzvü kimi davam edəcəyi bildirilir. 

Klub rəhbərliyi qapıçıya təşəkkür edərək, ona uğurlar diləyib. 


Oxunma sayı: 13861

Oxşar yazılar