"Qalatasaray" Falkao ilə 3 illik müqavilə bağladı

  • 10:35 - 03 Sentyabr

Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Radamel Falkao ilə müqavilə bağlayıb.

33 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Ona hər mövsüm üçün 5 milyon avro ödəniləcək. Kolumbiyalı forvardı hava limanında 25 min azarkeş qarşılayıb.

Falkao 2013-cü ildən çıxış etdiyi "Monako"nun heyətində Fransa Liqasında ötən mövsüm 15 qol vurub. O, ölkə kubokunda isə 1 dəfə fərqlənib.   

Qeyd edək ki, "Qalatasaray" daha əvvəl İngiltərə "Sautgempton"undan Mario Lemina, "Brayton"dan Florin Andone və "Erzurumspor"dan Taylan Antalyalını transfer edib. Hazırda "sarı-qırmızılar" Superliqada 3 oyundan 4 xalla 9-cu pillədə qərarlaşıb. 

Report


Oxunma sayı: 12266

Oxşar yazılar