"Qarabağ” İngiltərə Premyer Liqasından qapıçı transfer edib

  • 22:33 - 02 Sentyabr

"Qarabağ” komandası transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb. 

Avropa.info  "Qarabağ”ın internet səhifəsinə istinadla xəbər verir ki, komanda İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki. 32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.


Oxunma sayı: 13289

Oxşar yazılar