“Sumqayıt” “Neftçi” ilə oyunda baş verən qalmaqala görə üzr istəyib

  • 18:35 - 02 Sentyabr

"Sumqayıt" Futbol Klubu bəyanat yayıb.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” ilə səfər oyununda yaşananlara münasibət bildirib.

Klub matçın sonlarında meydanda yaşanan qalmaqala görə üzr istəyib: “Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakıda “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən üzr istəyirik”.

Bəyanatda bildirilir ki, klub rəhbərliyi günahkarları da cəzalandıracaq: “Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq. “Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır. 

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!” deyirik”.

APA


Oxunma sayı: 6414

Oxşar yazılar