PSJ “Real”ın qapıçısını transfer etdi

  • 17:10 - 02 Sentyabr

Kosta-Rika milli komandasının qapıçısı Keylor Navas karyerasını Fransada davam etdirəcək.

APA-nın məlumatına görə, 32 yaşlı futbolçu PSJ klubuna transfer olunub.

Paris təmsilçisi K.Navası İspaniya “Real”lndan 15 milyon avroya alıb. Bu gün Fransa paytaxtına yollanan əlcək sahibi klubun ofisində yeni müqaviləyə imza atacaq. Onun PSJ-dəki illik qazancı 7 milyon avro olacaq.

Qeyd edək ki, 2014-cü ilin yayından “Real”a keçən K.Navas 5 ildə 162 oyun keçirib, 159 top buraxıb.


Oxunma sayı: 12431

Oxşar yazılar