FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqladı

  • 15:13 - 02 Sentyabr

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

“The Best” mükafatına namizəd “üçlük”də İngiltərə komandalarına rəhbərlik edən mütəxəssislər yer alıb.

Bunlar Çempionlar Liqasının sonuncu qalibi – “Liverpul”un almaniyalı baş məçqçisi Yurgen Klopp, həlledici matçda 0:2 hesabı ilə uduzan “Tottenhem”in argentinalı çalışdırıcısı Maurisio Poçettino və İngiltərə Premyer Liqasında 1-ci yeri tutan “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Xosep Qvardioladır.

Qeyd edək ki, qalib sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.

Report


Oxunma sayı: 14103

Oxşar yazılar