Ağac qabığı yeyərək 42 il mənfi 40 dərəcədə, dünyadan təcrid olunmuş şəkildə yaşayan ailə : Çörək, duz, qənd tanımayan Lykovların həyat hekayəsi (Fotolar)

  • 14:20 - 02 Sentyabr

6 nəfərlik bir ailə təsəvvür edin. Mənfi 40 dərəcəyə çatan soyuq havaya baxmayaraq ən yaxın yaşayış yerinə 250 kilometr məsafədə yerləşən kimsəsiz bir meşədə tam 42 il ərzində cəmiyyətdən  uzaq həyat mücadiləsi. Dünyanın ən maraq çəkən və sirli hekayələrindən biri kimi kitablara, filmlərə mövzu olan Lykov ailəsinin həyatı hər kəsi təəccübləndirəcək.

Avropa.info xəbər verir ki, hər şey ailənin atası olan Karp Lykovun qardaşının kommunist keşikçiləri tərəfindən 1936-ci ildə haqsız yerə öldürülməsi ilə başlayıb. Ailəsini qorumaq istəyən Karp, arvadı Akulina və o zaman 9 yaşında olan Savin və 2 yaşlı Nataliya adındakı iki uşağını götürərək Sibirin cənub qərbindəki  Erinat çayı kənarındakı kimsəsiz bir əraziyə yerləşir.

6 kişilik bir aile düşünün. Eksi 40 dereceye düşen sıcaklıklara rağmen en yakın yerleşim yerine 250 kilometre mesafede bulunan bir ıssız ...

Ərazi Monqolustan sərhədinə 100 kilometr məsafədə yerləşirdi, ən yaxın yaşayış yerinə isə 250 kilometr məsafədə idi. Meşənin içində olan bu ərazi quş uçmaz, karvan keçməz bir bir bölgə kimi tanınırdı. Uzun Sibir qışı zamanı temperaturun mənfi qırx dərəcəyə qədər düşdüyünü də unutmamaq lazımdır. Ümumən yaşayış üçün uyğun olmayan bir bölgə. 

Şəhərdən kimsəsiz bir meşəyə qaçan Lykov ailəsini burada çətin günlər gözləyirdi. Qarınlarını doydurmaq üçün meşədə ov etmək üçün heç bir silahları yox idi. Meşədə ov etmək də çox çətin idi.  Lykov ailəsi ilk bir il ərzində ət yemədən yaşadılar. 

Bolşevik hükümetinden kaçarak ıssız bir tayga bölgesine yerleşen bir aile

Əsl qida mənbələri isə daxmalarının önündə yay aylarında becərdikləri kartof və çovdar idi. Ancaq 1961-ci ilin iyun ayında Sibirə qar yağması bütün planlarını pozur və əkdikləri bütün məhsullar məhv olur.

Bundan sonra Lykov ailəsinin həqiqi aclıqla mübarizəsi başlayır. Bu arada ötən illər ərzində ailənin daha iki uşağı olmuşdu və 6 nəfərə çatmışdı. 

Aclıqdan ölməmək üçün öz ayaqqabılarını və meşədəki ağcaqayın qabığını yeyərək həyatda qalmağa çalışan ailə bu çətin günlərdə ilk itkisini verir və uşaqlarını yedirmək üçün özü yemək yeməyən ana Akulina Lykov aclıqdan ölür.

Lykov ailəsinin tək mübarizəsi qida tapmaqla məhdud deyildi. Çünki illər ərzində üstlərindəki geyimlər cırılmışdı və geyimlərini də ağac və otlardan düzəltmək məcburiyyətində qalırlar. Sibir soyuğuna dözmək heç də asan deyildi . Bu üzdən məskunlaşma və geyim ən mühüm ehtiyaclarından biri idi.

1961-ci ildə ana Lykovun ölümünə səbəb olan don vurmadan sonra daxmalarının içində tapdıqları bir çovdar toxumu səbəbinə həyatda qalırlar. Bu toxumu soyuqdan və siçanlardan qoruyub becərirlər və  beləliklə aclıqdan ölməkdən xilas olurlar.

Aradan illər  keçir və 1978-ci ildə, yəni Lykov ailəsinin taygaya ilk gəldiklərindən 42 il sonra 4 geoloq onları tapır. Vertolyotları üçün uyğun bir eniş yeri axtaran elm insanları bu tənha  yerin ortasında bir daxma və əkilmiş bir tarla görəndə təccüblənirlər. Geoloqlar daxmaya yaxınlaşaraq Lykov ailəsini görürlər. Bu, ailənin 42 ildən sonra başqa insanlarla ünsiyyətə keçdiyi ilk an idi. Xüsusilə ailənin qadınları elm insanlarını görüncə çox qorxurlar. Geoloqlar onlara dost olduqlarını sübut etmək üçün ailə fərdlərinə çay, çörək və mürəbbə verirlər. Artıq çox qoca bir adam olan ailənin atası hətta "Mən çörək gördüm, amma onlar heç görmədi" deyir. Ailə üzvləri isə  çörəyi görəndə təccüb içində qalırlar.

Ayakkabılarını, huş ağaçlarının kabuklarını yiyorlar ama kendi yemek yemeyip çocuklarını besleyen anne Lykov ölüyor

Ailəni ən çox sevindirən isə onlara verilən duz idi. Duzun dadını şəhərdəki həyatından bilən ata Karp, duzsuz keçən bu 42 ilin tam bir əziyyət olduğunu deyir.

Geoloqlar Karp və ailəsiylə danışdıqca fərqli şeylər də ortaya çıxır. Məsələn II Dünya Müharibəsi olduğundan xəbərləri yoxdur, insanın Aya ayaq basmış olduğunu dedikdə isə buna inanmırlar. 

Kıyafetleri de doğadan

Ailmlər ailəni modern dünyaya dönmək üçün razı salmağa çalışırlar. Onlar ise bunu şiddətlə rədd edirlər və tayqada xoşbəxt olduqlarını deyirlər. 

Sonrakı illərdə ailənin bütün üzvləri vəfat edirlər, yalnız ailənin kiçiyi Ağafia Lykov həyatda qalır. Lakin o tayqanı tərk etmir. Hazırda 75 yaşı olan Agafiya iti və pişiyi ilə birgə tayqada yaşayır. 

Avropa.info


Oxunma sayı: 35058

Oxşar yazılar