Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

  • 02 Sen - 2019

Daxili İşlər Nazirliyi (DİN) avqust ayının 31-dən sentyabrın 2-dək daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb. 

Avropa.info xəbər verir ki, DİN Mətbuat xidmətinin verdiyi məlumata görə, 2 gün ərzində törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətinaçılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


Oxunma sayı: 474

Oxşar yazılar