Cari ildə Gürcüstanda 38 mindən çox cinayət faktı qeydə alınıb

  • 23:13 - 01 Sentyabr

Bu ilin yanvar-iyul aylarında Gürcüstanda 38 min 800 cinayət hadisəsi qeydə alınıb.

Bu barədə Gürcüstan daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hesabat dövründə qeydə alınan cinayətlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Bu il qeydə alınan cinayətlərin 32,3 faizinin üstü açılıb (2018-ci ildə isə bu rəqəm 36,7 faiz olub). Cinayətlərin 12 min 500-ü oğurluq hadisəsi olub ki, bunun da 1400-ü mənzil qarətidir. Cinayətlərin sırasında ikinci yerdə ailə zorakılığı dayanır – 3244 fakt.

Üçüncü yerdə narkotiklərlə bağlı cinayətlərdir. Narkotiklərlə bağlı 3197 cinayət faktı qeydə alınıb.

Məlumatda, həmçinin bildirilir ki, bu il cinayətlərin sırasında hədə-qorxu gəlmək və təhdidlərin sayı artıb. Hesabat dövründə 1400 belə fakt qeydə alınıb.


Oxunma sayı: 11804

Oxşar yazılar