"Qəbələ"nin baş məşqçisi istefa verib

  • 23:58 - 31 Avqust

Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası gerçəkləşib.

Bu, III turun ilk oyunundan sonra baş verib.

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov “qırmızı-qaralar”ın “sükanı arxası”ndan ayrılıb. Buna komandanın çempionata uğursuz start verməsi səbəb olub.

İlk turda “Sumqayıt”a 0:2, ardınca "Qarabağ"a 0:3 hesabı ilə məğlub olan komanda bu gün "Keşlə" ilə də bacarmayıb - 0:4. "Qəbələ" mövsümün startında Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə də hər iki görüşdə uduzub (0:2, 0:3). Nəticədə S. Qurbanov ardıcıl 5-ci qələbəsiz oyundan sonra mətbuat konfransında istefa qərarını açıqlayıb.

Qeyd edək ki, 2011-ci ildən "Qəbələ"də işləyən S. Qurbanov öncə baş məşqçi Roman Qriqorçukun köməkçisi işləyib. 2018-ci ildə ukraynalının gedişinin sonra isə onu əvəzləyib.


Oxunma sayı: 6799

Oxşar yazılar