Bakıda əcnəbi naməlum şəxslər tərəfindən döyülüb

  • 31 Avq - 2019

Bakıda əcnəbi naməlum şəxslər tərəfindən döyülüb.

“Report”un məlumatına görə, hadisə avqustun 28-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Əfqanıstan vətəndaşı, 1985-ci il təvəllüdlü Peşton Baba Katullah Azamatxan oğlu iki nəfərin hücumuna məruz qalaraq döyülüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 694

Oxşar yazılar