Axtarışda olan 25 nəfər tutuldu

  • 31 Avq - 2019

Daxili İşlər Nazirliyi (DİN) avqust ayının 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Avropa.info DİN-ə istinadla bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 15 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.


Oxunma sayı: 485

Oxşar yazılar