Zelenskinin adı ilə yüz minlərlə dollarlıq dələduzluq

  • 31 Avq - 2019

Ukraynada bir qrup şəxs ölkə prezidenti Vladimir Zelenskinin nümayəndəsi adı ilə dələduzluq edərkən yaxalanıb.

Avropa.info xəbər verir ki, bu barədə Zelenskinin prezident aparatının sədri Andrey Boqdanov "Facebook" səhifəsində məlumat verib. 

Dələduzlar "Ukrspetseksport" şirkətinin sabiq əməkdaşından 570 min dollar tələb ediblər. Onlar bu pula onu "Ukroboronprom" konserində yüksək vəzifəyə təyin etmək sözü veriblər. Cinayətkarlar pulu həmin şəxsdən bir ay ərzində almağa cəhd ediblər, lakin şübhələnən şəxs Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edib. Dörd nəfərdən ibarət cinayətkar dəstədən iki nəfəri yaxalamaq mümkün olub. Onlardan biri özünü aparat sədri, digəri köməkçisi kimi təqdim edib.

Andrey Boqdan hadisə ilə bağlı "Biz rüşvət almırıq. Hər şey dəyişdi" yazıb.


Oxunma sayı: 617

Oxşar yazılar