ABŞ adı dəyişdirilmiş İran tankerini "qara siyahı"ya saldı

  • 31 Avq - 2019

İyul ayında Suriyaya neft daşıması ittihamı ilə Cəbəllütariqdə saxlanılan "Adrian Darya 1" (köhnə adı "Grace 1") tankeri ABŞ Maliyyə Nazirliyi tərəfindən "qara siyahı"ya salınıb.

Avropa.info xəbər verir ki, Maliyyə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyatı müstəşarı Siqal Mandelkar verdiyi açıqlamada "Adrian Darya 1" kimi gəmilərin İran İnqliabı Keşikçiləri Korpusuna məxsus böyük miqdarda nefti tədarük etməkdə ittiham edib.

Mandelkar gəmiləri İran hakimiyyətinin fəaliyyətlərini maliyyələşdirmək və terrorizmi yaymaq üçün çətir kimi istifadə edidliyini iddia edib. O, "Adrian Darya 1"ə dəstək verən hər kəsin sanksiyaya məruz qalma riskini də qeyd edib.


Oxunma sayı: 1123

Oxşar yazılar