Tramp Çini tərk edəcək şirkətlərin sayını açıqladı

  • 31 Avq - 2019

Çində fəaliyyət göstərən şirkətlərin13%-ə yaxını bu ölkəni tərk edəcək.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. 

"Mən xəbər lentində 13% şirkətin yaxın gələcəkdə Çini tərk etmək istəyi ilə bağlı xəbər gördüm. Böyük mövzudur və buna təəccüblənmirəm. Düşünürəm ki, bu rəqəm daha da böyüyəcək. Çünkü çin bizim rüsumlarla rəqabət apara bilməyəcək. Onlar valyutalarını devalvasiyaya uğratdılar və pula (iqtisadiyyata) təsir göstərirlər"  Tramp belə deyib.

Tramp söhbətin ABŞ yaxud digər xarici şirkətlərdən də getdiyini açıqlamayıb.

Qeyd edək ki, 1 sentyabrdan etibarən Tramp 300 milyard dollar dəyərində Çin malına tətbiq olunan 10%-lik rüsumu 15%-ə qaldıracaq. 250 milyard dollar dəyərində ixrac malına isə rüsum 30%-ə qədər qaldırılacaq. 


Oxunma sayı: 870

Oxşar yazılar