Yəməndə hərbi patrula hücum edilib

  • 30 Avq - 2019

Yəmənin paytaxtı Ədən şəhərinin şimalında hökumət qüvvələrinin hərbi patruluna hücum edilib. 

Motosikletlə hərəkət edən terrorçu patrulun yaxınlığında partlayıcı qurğunu işə salıb. Ardınca silahlı şəxslər təhlükəsizlik qüvvələrinin əməkdaşlarını atəşə tutub. Atışma nəticəsində hücum edənlərdən üçü öldürülüb. Hökumət qüvvələri arasında da ölənlər və yaralananlar olduğu bildirilir. 

Avqustun 7-dən başlayaraq Yəməndə vəziyyət yenidən gərginləşib. Cənubi Yəmənin Keçid Şurasına sadiq hərbçilər Ədən şəhərindəki hökumət müəssisələrini, hərbi düşərgələri və dövlət təşkilatlarını ələ keçiriblər. Bundan sonra Səudiyyə Ərəbistanı Yəmən hökuməti adından separatçıları tutduqları mövqeləri tərk etməyə çağırıb və onları danışıqlar üçün Ciddə şəhərinə dəvət edib. Keçid şurası formal olaraq Ər-Riyadın tələblərinə razı olsa da, ölkənin cənubundakı əyalətləri ələ keçirməyə davam edib.


Oxunma sayı: 540

Oxşar yazılar