ABŞ, Polşa və Ukrayna bölgədə təbii qaz tədarükünü gücləndirir

  • 21:00 - 30 Avqust

ABŞ, Polşa və Ukrayna təbii qaz tədarükü sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. 

Sənədi Polşa Baş Naziri Aparatının dövlət katibi Petr Naimski, ABŞ Enerji Katibi Rik Perri və Ukraynanın Təhlükəsizlik və Milli Müdafiə Şurasının katibi Aleksandr Danilyuk imzalayacaqlar. 

Saziş Ukrayna qaz bazarının, Polşanın təbii qaz idxal infrastrukturunun, Ukraynadakı qaz anbarı infrastrukturunun və ABŞ qazının ixracı sahəsində əməkdaşlığa aiddir. 

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin avqustun 31-də Polşaya rəsmi səfəri başlayacaq. 

 


Oxunma sayı: 5963

Oxşar yazılar