“Qürur duyuram ki, ölkəmi təmsil edirəm”

  • 12:38 - 29 Avqust

Dünya Kikboksinq Assosiyasının beynəlxalq və Azərbaycan Kikboksinq Federasiyasının respublika dərəcəli hakimi Aydın Ağabəyov Macarıstanda kikboksinq üzrə Avropa çempionatında hakim kimi ölkəmizi təmsil edir. 

Avropa.info-ya danışan A.Ağabəyov deyib ki, artıq bir neçə yarışda ölkəmizi təmsil edir. 

"Hər yarış mənim üçün böyük təcrübədir. Avropa Kikboksinq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışa diqqət böyükdür. Azərbaycan Kikboksinq Federasiyasının idmançıları yaxşı döyüş keçirirlər. Çempionatda 39 ölkədən 1991 idmançı iştirak edir. Ölkə mediasının diqqəti böyükdür. Qürur duyuram ki,ölkəmi təmsil edirəm”, deyə o bildirib.


Oxunma sayı: 5468

Oxşar yazılar