Ərdoğan cütlüyünü evləndirən yazar Şulə Yüksəl Şənlər dünyasını dəyişdi : 70-ci illərdə hicab mübarizəsinin simvolu sayılırdı (Fotolar)

  • 29 Avq - 2019

Türkiyədə İslami camiənin  "Şulə Bacı" sı olaraq tanınan, yazar Şule Yüksəl Şənlər 81 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, 8 aydır  İstanbulda özəl xəstəxanada müalicə görən Şule Şənlər dünən həyatını dəyişib. Türkiyədə hicab mübarizəsinin simvolu sayılan Şənlər istər yazıları, istərsə də konfransları ilə ötən əsrin 70-ci illərinə öz damğasını vurmuşdu.



  29 May 1938-ci ildə Kayseridə dünyaya gələn Şənlər, 21 yaşında jurnalistikaya başlayıb. 1965-ci ildə görüntüsü ilə fikirlərinin uyğun gəlmədiyini düşünərək hicab geyinməyə başlayıb. "Yeni İstiqlal" qəzetindəki yazıları səbəbiylə haqqında cinayət işi açılıb. "Azad Söz", "Yeni İstiqlal", "Sabah" qəzetlərində qadın səhifəsinin redaktoru olub. Bu gün qəzetində 1967-71-ci illərdə köşə yazıları yazıb. "Səhər Vaxtı" jurnalının baş redaktoru olub. 1971-ci ildə yazılarına görə həbs olunub. 



"Huzur Sokağı" romanı ilə bütün zamanların ən çox oxunan yazıçıları arasında yer alan Şule Şenlerin əsərləri bunlardır. "Gəncliyin İztirabı", "Hidayət", "Bizə Nə Oldu", "İslamda və Günümüzdə Qadın", "Duyğular", "Hər Şey İslam üçün", "Sivilizasiyanın Göz Yaşları", "Huzur Sokağı" , "Qız və Çiçək", "Sağ Əl", !Bir Şüurlu Müəllim", "İlanla Tülkü". 

Şənlər, vəfatından əvvəl verdiyi müsahibədə, müasir dövrdə hicabın istifadə qaydalarından təssüf keçirdiyini demişdi: "Çox pis bir gedişat var. Peyğəmbərin bir sözü var; "Çılpaq paltarlar" deyə. Bugünkü geyimləri görəndə aldığım yaranı anlada bilmirəm. Hiss etdiyim o acını anlada bilmirəm." 

Şənlər, öz evliliyindən xoşbəxt olmasa da yüzlərlə gəncin bir-birinə qovuşub xoşbəxt yuva qurmalarına səbəb olub. Bunlardan biri də Əminə və Rəcəb Tayyib Ərdoğan cütlüyüdür. 


Oxunma sayı: 5479

Oxşar yazılar