Bu günədək Ceyhan limanından nəql edilən Azərbaycan neftinin miqdarı açıqlandı

  • 11:11 - 29 Avqust

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan terminalından 3,29 mlrd. barelə yaxın neft yola salınıb.

BIL-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə terminaldan 4 283 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 159,15 mln. barel neft və 198 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin iyulun 22-dən avqustun 29-dək terminalda 29 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.


Oxunma sayı: 6623

Oxşar yazılar