Deputatların tətili sabah başa çatır

  • 29 Avq - 2019

Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

"Report"un xəbərinə görə, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Xatırladaq ki, deputatlar iyulun 15-də tətilə çıxmışdı.


Oxunma sayı: 738

Oxşar yazılar