Azərbaycan futbol yığmasının heyəti açıqlandı

  • 18:50 - 27 Avqust

Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Yığmamızın xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç komandamızın sentyabrda keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşdirib.

O, qarşıdakı görüşlər üçün təlim-məşq toplanışına 23 futbolçu çağırıb. Bu oyunçular hazırlıq üçün sentyabrın 2-də bir araya gələcəklər.

Millimiz sentyabrda iki oyunda qüvvəsini sınayacaq. Yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ayın 6-da Uels, üç gün sonra Xorvatiya ilə görüşəcək. İlk matçı səfərdə keçirəcək komandamız ikinci oyuna evdə çıxacaq.

Səlahət AğayevNeftçi
Emil BalayevTobol (Qazaxıstan)
Şahruddin MəhəmmədəliyevQarabağ
Maksim MedvedevQarabağ
Ömər BuludovNeftçi
Rahil MəmmədovQarabağ
Anton KrivotsyukNeftçi
Pavel PaşayevOleksandriya (Ukrayna)
Şəhriyar  RəhimovSəbail
Təmkin XəlilzadəSabah
Bəhlul MustafazadəSabah
Qara QarayevQarabağ
Riçard AlmeydaQarabağ
Emin MahmudovNeftçi
Dmitri NəzərovErzgebirge Aue (Almaniya)
Cavid HüseynovZirə
Rəşad EyubovSabah
Mahir EmreliQarabağ
Araz AbdullayevQarabağ
Ramil ŞeydayevDinamo (Moskva, Rusiya)
Rüfət DadaşovProysen Münster (Almaniya)
Renat DadaşovPakuş de Fereyra (Portuqaliya)
Ağabala RamazanovSəbail

APA


Oxunma sayı: 14554

Oxşar yazılar