Dünya çempionatında 2 azərbaycanlının yarımfinal dueli

  • 11:46 - 27 Avqust

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.

Yarımfinal mərhələsində Azərbaycan dueli olacaq. Rüstəm Orucovla Hidayət Heydərov finala vəsiqə uğrunda üz-üzə gələcək.


Oxunma sayı: 5424

Oxşar yazılar