Ərdoğanla Putin arasında kritik görüş : "İstiqbal göylərdədir" (Yenilənib)

  • 27 Avq - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşüblər. 

Avropa.info xəbər verir ki, Ərdoğan və Putin MAKS-2019 aviasiya sərgisində bəyanatla çıxış ediblər. Ərdoğan çıxışı zamanı Putini Türkiyədə keçirilən fetsivala dəvət edib.

"Cənab Putinə dəvəti üçün bir daha təşəkkürümü bildirirəm. Maks 2019 beynəlxalq aviasiya və kosmos sərgisində iştirak etməkdən məmnunluq duyuram. Bizim də bu il 14-cüsünü həyata keçirdiyimiz IDEF sərgimiz var. Gənclərimiz üçün Teknofest Festivalımız var. 

Keçən il ilkini həyata keçirdiyimiz festival 550 mindən çox ziyarətçi qəbul etmişdi. 17-22 Sentyabr 2019 tarixləri arasında həyata keçiriləcək bu ilki tədbirdə isə 1 milyondan çox ziyarətçi gözləyirik. Putin başda olmaqla bütün rus xalqını festivalda gözlədiyimizi qeyd etmək istəyirik. 

"İstiqbal göylərdədir" şüarı ilə son dövrdə aviasiyada vacib addımlar atırıq. THY qlobal miqyasda ən geniş hava nəqliyyat şəbəkələrindən birinə sahibdir. Hava limanlarımız ən çox sərnişin qəbul edən hava limanlarıdır."

Putin də çıxışı zamanı Ərdoğana dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

"Cənab Ərdoğan, beynəlxalq aviasiya sərgimizə göstərmiş olduğunuz sıx marağı alqışlayırıq.  Rusiya, təyyarə sənayesi sahəsində dünya miqyasında lider ölkələrdən biridir. 

Türkiyə ilə əməkdaşlığımızın daha sıx və funksional olmasını ümid edirik. İstəyirik ki, beynəlxalq sərgimiz mübadilə və əməkdaşlıq üçün daha çox maraq görən bir sahə olsun. "
 

***

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri baş tutacaq.

Avropa.info xəbər verir ki, səfər zamanı Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. 

İki ölkə prezidenti arasında görüş Moskvada keçiriləcək. 

Qeyd edək ki, avqustun 23-də iki dövlət başçısı arasında telefon danışığı olub.

Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Kremlin sözçüsü Dmitriy Peskov Türkiyə prezidentinin səfəri ilə bağlı verdiyi açıqlamada bunları deyib: "Putin Türkiyənin İdlib məsələsində əndişlərini anladığını dəfələrlə söyləyib. Liderlər Suriya, Ukrayna və digər məsələləri müzakirə edəcək".

Xatırladaq ki, ötən həftə İdlibin cənubunda yerləşən kritik əhəmiyyətli Xan Şeyxun qəsəbəsi Əsəd rejimi qüvvələri tərəfindən ələ keçirilib. 

Prezident Ərdoğanın Rusiyanın paytaxtı Moskvada Putinlə görüşündə baş verən son hadisələrin Türkiyənin milli təhlükəsizliyi baxımından ciddi təhdid meydana gətirdiyini nəzərə çatdıracağı gözlənilir.

Qeyd edək ki, Əsəd rejiminin silahlı hücumlarının artmasından sonra vətəndaşların İdlib qaçışı sürətlənib və yalnız dörd gün ərzində təxminən 60 min vətəndaş Türkiyəyə doğru irəliləməyə başlayıb.


Oxunma sayı: 6854

Oxşar yazılar