İsrail futbolçuları Azərbaycan yığmasının qapısından 6 cavabsız qol keçiriblər

  • 26 Avq - 2019

Ukraynada təşkil olunmuş Viktor Bannikovun xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

Komandamız qrup mərhələsinə İsraillə qarşılaşma ilə başlayıb. Görüş millimiz üçün acınacaqlı nəticə ilə başa çatıb.

İsrail millisi 6 cavabsız qolla qələbə qazanıb. İlk görüşündə 0:6 hesabı ilə uduzan komandamız II turda Ukrayna ilə qarşılaşacaq. 

APA


Oxunma sayı: 1189

Oxşar yazılar