İspaniyada vertolyot təyyarə ilə toqquşub, 4 nəfər ölüb

  • 22:50 - 25 Avqust

İspaniyanın Malyorka adasında vertolyot kiçik təyyarəyə çırpılıb.

“Report” "Diario de Malyorka" nəşrinə istinadən xəbər verir ki, hər iki hava gəmisi İnka şəhəri yaxınlığında yerə düşüb.

Qəza avqustun 25-də baş verib. Hadisə zamanı azı 3 nəfər həyatını itirib.

"Seksta" telekanalının əməkdaşları 5 nəfərin öldüyünü xəbər veriblər. Ölənlər arasında vertolyotun iki heyət üzvü və təyyarədə olan 3 nəfər var.

Xilasedicilər 4 nəfərin öldüyünü təsdiq ediblər.


Oxunma sayı: 10506

Oxşar yazılar