Conson: Britaniya Avropa İttifaqına 48 milyard dollar kompensasiya ödəməyəcək

  • 22:25 - 25 Avqust

Böyük Britaniya razılaşma əldə edilmədən Avropa İttifaqından (Aİ) çıxacağı halda 48 milyard dollar kompensasiya ödəməyəcək.

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson ITV telekanalına açıqlamasında bildirib.

Bununla belə, B. Conson tezliklə Brexit-in şərtlərinə dair Böyük Britaniya və Aİ arasında saziş imzalanacağına əmin olduğunu söyləyib: "Hazırda bu razılaşmanın əldə edilməsi üçün real şans yarandığını düşünürəm. Bunun üçün biz Avropa İttifaqından razılaşmasız çıxmağa hazır olmalıyıq. Fikrimcə, razılaşmanın imzalanması şansı artır".


Oxunma sayı: 7250

Oxşar yazılar