Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

  • 21:40 - 25 Avqust

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-3” antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Pəncə-3” antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə qızğın atışma olub. Nəticədə qardaş ölkənin üç hərbçisi şəhid olub, yeddisi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.


Oxunma sayı: 5919

Oxşar yazılar