Tramp: Şimali Koreya lideri ilə yenidən görüşə bilərik

  • 20:04 - 25 Avqust

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə növbəti dəfə görüşə biləcəyini bəyan edib.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, D. Tramp və K. Ç. İn arasında son görüş iyunun 30-da  Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada baş tutub. Görüşdən sonra D. Tramp K. Ç. İnlə müəyyən detalları razılaşdırmaq üçün danışıqlar üzrə komandalar formalaşdıracaqlarını bildirmişdi.


 


Oxunma sayı: 4302

Oxşar yazılar